Qonaq Kitabı
Ey ki, hicrin bəndəni zar etdi qayğulər bilə

 

Ey ki, hicrin bəndəni zar etdi qayğulər bilə,

Çeşmi-fəttanın görüb heyranəm ahulər bilə.

 

İstəməz könlüm məşami zülfinizdən özgə müşk,

Müşki neylər kimsə kim, ögrəndi ol bulər bilə.

 

Ta gözüm ol fitnəli qaşü gözün gördü sənin,

Keçdi ömrüm ah edüb ol çeşmü əbrulər bilə.

 

Anca axdı gözlərimdən qanlu yaşım subəsu,

Axdı çeşmim zövrəqi hər suyə ol sulər bilə.

 

Şeir içində nisbət olmaz, ey mühəddis, bilmiş ol,

Bu Xətayinin kəlamın hər xətalulər bilə.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info