Qonaq Kitabı
Həq təala çaldı bir seyqəl bu güzgün pasinə

 

Həq təala çaldı bir seyqəl bu güzgün pasinə,

Könlümün sevdasi yoxdur bu cəhan ğövğasinə.

 

Neçələr dünyayə gəldi, neçələr dəxi gəlür,

Bir bəqa yurduni dutub yox degil fənasinə.

 

Canü baş tərkin qılub təcrid ol ğəvvas ilən,

Əlbəttə kim, uğraşur ol gövhərin dəryasinə.

 

Ey könül, tərif eylə, ğazilərdən al dua,

Şah edir ki, yarlığaram qulu qul duasinə.

 

Canını şükranə ver, başun ilə çox oynagil,

Ta yenüb nəfsini çalgil Kəbəteynin tasinə.

 

Nəsnə kim, həqdən gələndir, ondan olgil bigünah,

Ey könül, var şadkam olgil həqin cəfasinə.

 

Ey Xətayi, bu yalançı dünyanın tərkini qıl,

Keç onun qalü qiyliyindən, şad ol səfasinə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info