Qonaq Kitabı
Ya ilahi, sən məni bieşqi-canan eyləmə

 

Ya ilahi, sən məni bieşqi-canan eyləmə,

Eşq ilən şadəm, könül dərdimə dərman eyləmə.

 

Müddəilən vədə qılma, qövlinə qılmaz vəfa,

Hər yalançı yar ilən sən əhdü peyman eyləmə.

 

Gər vüsalından mədəd qılmazsan, ey arami-can,

Gözümü giryan edüb, bağrımnı büryan eyləmə.

 

Ləbləri dövrində ol gül yüzlü yarın dəmbədəm

Qönçəni, ey bağban, gülşəndə xəndan eyləmə.

 

Bu Xətayi xəstənin qılma müşəvvəş xatirin,

Ağ yüz üstə ol qara zülfin pərişan eyləmə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info