Qonaq Kitabı
Məni sərgəştə heyran eyləyən şah

 

Məni sərgəştə heyran eyləyən şah,

Könül şəhrində seyran eyləyən şah,

 

Məni rüsva edüb saldın cəhanə,

Didəmni zarü giryan eyləyən şah.

 

Müsəxxər eyləyən cümlə cəhanı,

Yezid qövmin müsəlman eyləyən şah.

 

Özü bülbül olub gülzarə gəzdi,

Mən daşxaruda zar eyləyən şah.

 

Ənəlhəq çağuran Mənsur dilində,

Yenə Mənsuri bərdar eyləyən şah.

 

Həsən ilə Hüseyni Kərbəladə

Yəzid əlilə qurban eyləyən şah.

 

Çıxaran Yusifi çahi-bəladən,

Misir təxtində sultan eyləyən şah.

 

Günəş tək zahir olmuşdur gözündə,

Cahan bağın gülüstan eyləyən şah.

 

Xətasız yüzlərə yüzügünəşdir,

Yenə günəşi pünhan eyləyən şah.

 

Xətayi səndən əfğan edəsidir,

Həşr günündə divan eyləyən şah.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info