Qonaq Kitabı
Gər mənimlən ol məhi-namehribanım söyləşə

 

Gər mənimlən ol məhi-namehribanım söyləşə,

Xəstə cismimdə bu cani-natəvanım söyləşə.

 

Mən öləndən sonra qəbrim üstə gər əzm etsə yar,

Qəbr içində dura anunlan imanım söyləşə.

 

Bu qərarı yox könül bilmən xaçan aram edə,

Ya məgər bir gün mənimlən dilsitanım söyləşə.

 

Zəhri-hicran birlə dəxi taleyim təlx olmaya,

Gər mənimlən bir gəz ol şirin zəbanım söyləşə.

 

Ğəmlü könlü bu Xətayinin cəhanda şad ola,

Gər mənimlən bir gün ol ömri-cəvanım söyləşə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info