Qonaq Kitabı
Gəl könül, pir istəyəli bu qədim ərkan ilə

 

Gəl könül, pir istəyəli bu qədim ərkan ilə,

Gerçək oldur həq yoluna varə başü can ilə.

 

Canı tərkin qılmayan cananə vasil olmadı,

Qul gərək kim, məhrəm ola həzrəti-sultan ilə.

 

Qəhrinə şükr eyləgil kim, həq sana rəhm eyləyə,

Həmqərin olmuş əzəldən küfrü din iman ilə.

 

Öldürən sən, dirildən sən, saxlayan sənsən, həkim,

Yox imiş bir səndən özgə ayəti-Quran ilə.

 

Bu Xətayi ta əzəldən eşqinə yoldaş idi,

Könlünü şad eyləyibdir sən kərəmlü xan ilə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info