Qonaq Kitabı
Ey könül, eşqində yarın naləvü ah eyləmə

 

Ey könül, eşqində yarın naləvü ah eyləmə,

Dəgmə hər naməhrəmi sirrindən agah eyləmə.

 

Aşiqin imanıdır yarın cəmalı, ey rəqib,

Tanriçün get qarşudan məşuqi gümrah eyləmə.

 

Çün mənim üstümə doğru afitabım, ey qəmər,

Gəzmə bir övci-fələkdə, adını mah eyləmə.

 

Çün sənin eşqi-məcazindən həqiqət bulmuşam,

Şimdisən xahi vəfa qılgil mana, xah eyləmə.

 

Mənzili-rəhmanilərdir asitanı dilbərin,

Getgil, ey şeytan rəqib, ahəngi-dərgah eyləmə.

 

Çün vüsalın xərmənindən bir cov olmaz hasilim,

Danə qılmaz yaşımi, cöhrəmni çün gah eyləmə.

 

Ey Xətayi, içdigün mey abi-gövsərdir müdam,

Nuşi-can et badədən, bir ləhzə ikrah eyləmə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info