Qonaq Kitabı
Yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə

 

Yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə.

Canü dildən keçməmişsən, yeri, dildar istəmə.

 

Varü varlıq varmayınca şahə varmaz varımız,

Sən özüni şahə dapşur, dəxi gəl var istəmə.

 

Aşiqin məşuq yüzüdür qibləsi, həm Kəbəsi,

Sən yüzünü şahə döndər, qiblə divar istəmə.

 

Bu cəhanın bağçasında xarsiz gülmi olur?

Tükənindən qorxar isən, yeri, gülzar istəmə.

 

Ey Xətayi, yar yoluna canını etgil fəda,

Keç bu dünya şöhrətindən, sən onu var istəmə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info