Qonaq Kitabı
Ey yüzün güldür, ləbin çün ğönçə xəndandır yenə

 

Ey yüzün güldür, ləbin çün ğönçə xəndandır yenə,

Buyi-muyin aşiqə küfr ilə imandır yenə.

 

Anca əfğan etdim, ey dürri-məlahət, sənsizin,

Çeşmeyi-çeşmimdən axan bəhri-ümmandır yenə.

 

Ta qəmi-hicran ilə düşdüm vüsalından irağ,

Ğəmlü könlüm hicr ilə beytül-əhzandır yenə.

 

Yüzünü zahid nədən səbül-məsanidir deməz,

Səfhəsində yazulu həm nuri-Qurandır yenə.

 

Şol pərişan zülfini ta görmüşəm, ey ruhi-qüds,

Dərdü həsrətdən mənim könlüm pərişandır yenə.

 

Onca çəkdüm firqətin xarini, ey gülyüzlü yar,

Yürəgimdür ğönçə nisbət, dopdolu qandır yenə.

 

Dün demişdin: – Məndən özgə yarə vermişsən könül.

Mən Xətayi xəstə halə bu nə böhtandır yenə?

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info