Qonaq Kitabı
Könlümi çəkdi, şəha, daği-ğəmin dağ üstünə

 

Könlümi çəkdi, şəha, daği-ğəmin dağ üstünə,

Yenə ol mahin fəraqi çəkdi bir dağ üstünə.

 

Zülfü ruyin xətti tək heç kimsə dəftər yazmamış,

Ta ki, aləmdə yazılmışdır qara ağ üstünə.

 

Gərçi güllər çox bitər aləm gülüstanında, leyk

Gül yüzün tək bitməmiş heç gülşənü bağ üstünə.

 

Ağ yüzünün üstən ol zülfi-siyahini götür,

Bilməzəm həmra gülün neyçün qonar zağ üstünə?

 

Bu Xətayi xəstədil hər dəm ümidi-vəsl içün

Döşəmişdir yüzüni qapunda toprağ üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info