Qonaq Kitabı
Yar, eşqin bağrımın ta çəkdi yüz dağ üstünə

 

Yar, eşqin bağrımın ta çəkdi yüz dağ üstünə,

Atəşi-hicrin bu dağın çəkdi bir dağ üstünə.

 

Mən zəif, üştə fəraqın yüklədi bir dağ kimi,

Ol yükə qılmaz təhəmmül, qoysalar dağ üstünə.

 

Yüzün üstə ülfüni gördükcə müshəfdir derəm,

Bu nə hikmətdir ki, yazılmış qara ağ üstünə?

 

Şol xətü xalın kənarında rüxün, ey dilrüba,

Ol gülə bənzər ki, düşmüş tazə yaprağ üstünə.

 

Bu Xətayi çeşmi yolunda anın toprağ olur,

Ta ayağın basa ol dilbər bu toprağ üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info