Qonaq Kitabı
MÖHTƏRƏM MÜDİR ƏFƏNDİ!

 

(“Möhtərəm müdir əfəndi” sərlövhəli məktub “Açıq söz” qəzetinin 4 may 1916-cı il tarixli 176-cı nömrəsinin 4-cü səhifəsində “Doktor N.Nərimanlı” imzası ilə dərc edilmişdir).

 

 Xahiş edirəm aşağıdakı sözlərimə "Açıq söz" qəzetəsində yer verəsiniz:

Mayın ikisində səhər, yəni "Yeni iqbal"ın 298-ci nömrəsi daha çıxmamış mən "Yeni iqbal" idarəsinə gəlib "Ölülər" əsərinə dair verdiyim balaca məqalənin bu vaxtadək çap olunmamasının səbəbinı sorduqda "İqbal"ın "xozeyini" Oruc Orucov  cənabları dedi: gorünür, məqalənizi layiq görmədik...

"Əfəndim, qəzetin baş mühərriri kimdir? Sizmi? Ya ki, bir başqası?!

Mənim bu sualıma Oruc Orucov dedi:

"Sizə heç lazım da deyil biləsiniz qəzetimizdə baş mühərrir kimdir?"

İndi cənab Orucovun məqaləsindən ("Yeni iqbal" â„– 298) görünür ki, "Ölülər" barəsində Orucov başqa bir təsəvvürdə imiş... Ona görə də mənim məqaləmə yer verməmiş...

Hərgah doğrudan da cənab Orucov qəzet nə olduğunu düşünsə idi və qəzetin həmişəlik mühərriri ilə küçədən hoppadan idarəyə gələn mühərrirə fərq qoysa idi, mənim məqaləmi lazımsız bir şey kimi korzinkasına tullamazdı. Bu sözləri deməzdi... Qoy bundan sonra "Yeni iqbal" oxucuları bilsinlər ki, "Yeni iqbal"a ruh verən kimdir...

 

Doktor N.Nərimanov

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info