Qonaq Kitabı
Ta yüzün üstündə zülfin sayə salmışdır yenə

 

Ta yüzün üstündə zülfin sayə salmışdır yenə,

Arizin rəngi güli-həmrayə salmışdır yenə.

 

Eşqi-ruyindən könül istər xilas olmağ, vəli

Canimi zülfün siyəh sevdayə salmışdır yenə.

 

Çeşminə heyran olandan bərlü könül, ey pəri,

Ahu nisbət əqlimi səhrayə salmışdır yenə.

 

Şadəm andan bərlü kim, hicrində olmuşmən müqim,

Yüz məlamət bu dili-şeydayə salmışdır yenə.

 

Bu Xətayi canını qurban edər ol mahə kim,

Pərtövi-mehri-cəmalın ayə salmışdır yenə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info