Qonaq Kitabı
Dərdi-eşqin, dilbəra, çün gəldi bu can üstünə

 

Dərdi-eşqin, dilbəra, çün gəldi bu can üstünə,

Sanasan kim, Xızr gəldi abi-heyvan üstünə.

 

Bu cahan bağını bünyad etdi dəsti-ləmyəzəl,

Mən təki bir gül xaçan bitdi gülüstan üstünə.

 

Rahəti-vəslin dilərdim, gəldi hicran zəhməti,

Ey pəri, neyçün qoyursan dərdi dərman üstünə?

 

Sərvəri-hindudur ol kim, gəldi Rum iqliminə,

Ol siyəh xalın ki, düşmüş ruyi-xəndan üstünə.

 

Çün cəmalın mehri düşdü bu Xətayi könlünə,

Sanasan Yusifdir ol kim, gəldi Kənan üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info