Qonaq Kitabı
Mövsimi-qış getdi, dövri novbahar oldu yenə

 

Mövsimi-qış getdi, dövri novbahar oldu yenə,

Məclisi-gəştə əcaib ruzigar oldu yenə.

 

Saqiya, vəqti-tərəbdir, əldə dutgil cami-mey

Kim, bənövşə məst olub nərgiz xumar oldu yenə.

 

Mövsimi-gül gəldivü gülşən bəzəndi bəzm içün,

Bağü səhra cümlə yeksər laləzar oldu yenə.

 

Gəldi novruzü bəharü əhdü dövri-dustkam,

Yar əli tək yer yüzü nəqşü nigar oldu yenə.

 

Əbri-neysan cuşə gəldi, tökdü rəhmət yağmurun,

Gög yüzündən yer yüzünə dür nisar oldu yenə.

 

Bağçaya seyranə çıxdı gəşt içün ol gülüstan,

Gül xəcalətdən qızardı, şərmsar oldu yenə.

 

Qamətindən bəhs edirdi daima ol sərvi-bağ,

Gör xəcalətdən ona mənzil kənar oldu yenə.

 

Gül yüzünü görəli artdı fəğanı quşların,

Lal ikən bülbüllərin sövti həzar oldu yenə.

 

Ey Xətayi, şad olub beytül-həzəndən çıx bu gün,

Bağü bağça suyinə vəqti-güzar oldu yenə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info