Qonaq Kitabı
Daneyi-xali-siyəh kim, düşdü rüxsar üstünə

 

Daneyi-xali-siyəh kim, düşdü rüxsar üstünə,

Laleyi-pür dağdir kim, düşdü gülzar üstünə.

 

Həlqələnmiş zülfiniz rüxsarın üstə, ey sənəm,

Gəncə bənzər kim, anın yatmaşdurur mar üstünə.

 

Ta ki, zahid gördü yüzün, qılmadı bir gəz nigar,

Kafəri-mütləqdir ol kim, gəlməz iqrar üstünə.

 

Sanasın kim, çeşmeyi-heyvanın üstə gəldi Xızr,

Düşdü ta xəttin sənin ləli-şəkərbar üstünə.

 

Ta ki, vəslin oldu vasil bu Xətayi xəstəyə,

Bir təbibə bənzər ol kim, gəldi bimar üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info