Qonaq Kitabı
Gərçi hicrindən zəifü natəvan oldum yenə

 

Gərçi hicrindən zəifü natəvan oldum yenə,

Pir ikən yüzünə gördüm, novcavan oldum yenə.

 

Dövri-hüsnindən günəş tək olmuş idim aşikar,

Hicr səhrasinə düşdüm, binişan oldum yenə.

 

Aqil idim dünyada Leyli cəmalın görmədən,

Eşq ilən Məcnun təki bixaniman oldum yenə.

 

Ta ki, asibi-fələkdən görməyə hüsnin zəval,

Eşigində gecə-gündüz pasiban oldum yenə.

 

Bu Xətayinin dilində eşqiniz pünhan ikən

Cümleyi-aləm dilində dastan oldum yenə.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info