Qonaq Kitabı
Gül yüzün kim, düşmüş ol zülfi-pərişan üstünə

 

Gül yüzün kim, düşmüş ol zülfi-pərişan üstünə

Bir bulutdur kim, düşübdür mahi-taban üstünə.

 

Arizin üstə düşübdür qətrə-qətrə ol ərəq,

Sanasan şəbnəmdürür, düşmüş gülüstan üstünə.

 

Zülf çin olmuşdurur, hər dəm düşər şol arizə,

Zülməti-dövrani gör kim, düşmüş iman üstünə.

 

Şol rəqibi-divi gör kim, kuyinə hökm eyləmiş,

Şoylə kim, qəsd eylər ol mülki-Süleyman üstünə.

 

Bu Xətayi yüzün üstə zülfini görcək dedi:

- Zülməti görün, düşübdür abi-heyvan üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info