Qonaq Kitabı
Qılur ğəmzən cəfalər dürlü-dürlü

 

Qılur ğəmzən cəfalər dürlü-dürlü,

Verür ləlin səfalər dürlü-dürlü.

 

Eşigində sənin hər gecə, ey şah,

Sürür yüz min səfalər dürlü-dürlü.

 

Asılmış zülfinin hər bir muyunda

Mənim tək mübtəlalər dürlü-dürlü.

 

Rəqiblər çəkdigim cəfalər içün

Qılurmən bəd dualər dürlü-dürlü.

 

Xərabə könlümün içində eşqin

Dutubdur çox binalər dürlü-dürlü.

 

Xətayi eşigində kəmtərindür,

Umar səndən ətalər dürlü-dürlü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info