Qonaq Kitabı
Yüzüm sürüb varuram yarə qarşu

 

Yüzüm sürüb varuram yarə qarşu,

Həbibü munisü dildarə qarşu.

 

Fəraqçin gözlərin könlüm apardı,

İki heyva bitibdir narə qarşu.

 

Boyun sərv ağacı bostan içində,

Qızılgüllər açılmış xarə qarşu.

 

Rəqibi görməyib nabina olsun,

Otursun ol müdam divarə qarşu.

 

Ləbindən şərbət içdi bu Xətayi,

Müdam sərməst gəzər didarə qarşu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info