Qonaq Kitabı
Kim ola göndərəm mən yerə qarşu

 

Kim ola göndərəm mən yerə qarşu,

Ki, artır həsrət ilə yarə qarşu.

 

Qərarım qalmadı, səbr etdü həddən,

Dü çeşmim nərgisi-bimarə qarşu.

 

Gər uymaz gözlərim hicrin ğəmindən,

Nola ah eyləsəm bidarə qarşu.

 

Ki, sənsiz olmuşam bülbüli-şeyda,

Nola fəryad edəm gülzarə qarşu.

 

Yüzündə zülfini gördüm, dedim ki,

İmani bağlama zünnarə qarşu.

 

Asıldım ənkəbut tək, ey dilaram,

Müənbər türreyi-tərrarə qarşu.

 

Mənimçündür əgər qılsan bəşarət,

Həmişə qönçə, nar əğyarə qarşu.

 

Xətayi xəstədir, istər vüsalın,

Dəmadəm qıl nəzər bimarə qarşu.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info