Qonaq Kitabı
Yüzün gördüm sənin, ey yari-məhru

 

Yüzün gördüm sənin, ey yari-məhru,

Könüllər afəti, ya yüzmidir bu?

 

Dodağın həsrətindən xəstə haləm,

Axıtdı gözlərim yaşın behər su.

 

Həbəşdir kim, müsafir Rumə düşmüş

Yüzün səfhindəki ol xali-hindu.

 

Gözündən ahu tək dağlarə düşdüm,

Nə sehr etdi mana ol iki cadu?

 

Xətayi der yüzün xurşidə nisbət,

Sözü rövşən dedim yüzünə qarşu.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info