Qonaq Kitabı
Nigara, neyləyim mən səndən ayru?!

 

Nigara, neyləyim mən səndən ayru?!

Bu könlüm xali olmaz ğəmdən ayru.

 

Vüsalın həsrətindən, ey dilaram,

Gözümdə nəstə gəzməz nəmdən ayru.

 

Quşum pərvaz edər hər dəm qəfəsdən,

Qərar etməz məgər vəslindən ayru.

 

Ki səndən ayru heç yoxdur həyatım,

Qərar edər neçün can təndən ayru?

 

Xətayi gül yüzün heyranı bolmuş,

Xaçan bülbül durar gülşəndən ayru?

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info