Qonaq Kitabı
Dilbəra, gördüm yüzün, heyranəm ol dəmdən bərü

 

Dilbəra, gördüm yüzün, heyranəm ol dəmdən bərü,

Göz yaşında qan ilən ğəltanəm ol dəmdən bərü.

 

Ta ayağın toprağından mən səadət bulmuşam,

Eşigində ruzü şəb dərbanəm ol dəmdən bərü.

 

Zərrə idim, gün yüzün mehrinə düşdüm nagəhan,

Aləm içrə şöhreyi-dövranəm ol dəmdən bərü.

 

Ta sənin ruzi-əzəldən eşqinə dedim bəli,

Əhdi pozman bər səri-peymanəm ol dəmdən bərü.

 

Ta sənin ahu gözün gördü Xətayi, ey pəri,

Məcnunam, viranələrdir xanəm ol dəmdən bərü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info