Qonaq Kitabı
Behəmdullah, səfa bulduq cəmali-novbaharindən

 

Behəmdullah, səfa bulduq cəmali-novbaharindən,

Könül mirati jəng olmaz anın xətti-qübarindən.

 

Görüb kuyində dildarın rəqibi çəkmə ğəm hərgiz,

Məsəldir güldərənlər ağlamaz gülşəndə xarindən.

 

Köçüb hər masəvadən talibi-didar olan aşiq

Əlin çəkmək gərək, ey dil, cəhanın cümlə varindən.

 

Xəyali-yar ilə qane olub meyli-vüsal etmə,

Şikayət eyləməz sadiq olanlar ruzigarindən.

 

Xətayi ölməgə can verməyüb meydani-eşq içrə,

Yezid ollam, dönərsəm Murtəzanın zülfiqarindən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info