Qonaq Kitabı
Vücudum şəhrində buldum dürr ilən dürdanə mən

 

Vücudum şəhrində buldum dürr ilən dürdanə mən,

Mən ani ərz etmənəm hər cahilü nadanə mən.

 

Küfrü iman sirrini bildim ki, mənidə nədir,

Yüzümü döndərmişəm andan bərü rəhmanə mən.

 

Gör necə zari verür ol lənəti şeytan mana,

Dünü gün lənət oxurmən lənəti-şeytanə mən.

 

Versə idi kamimi ol şahü sultanım mənim,

Canımı qurban qılayım ol şəhü sultanə mən.

 

Mən Xətayi çəkmənəm ğəm, çünki ənəlhəq dedim,

Çəkmişəm Heydər təki meydanda hu mərdanə mən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info