Qonaq Kitabı
Qulunam bəndə, şahın könlü bilsün

 

Qulunam bəndə, şahın könlü bilsün,

Bu könlüm səndə, şahın könlü bilsün.

 

Şəhi görəndə şad olur, sevinir

Bu canım təndə, şahın könlü bilsün.

 

Hezaran dürlü-dürlü səndən ötrü

Ki, vardır məndə, şahın könlü bilsün.

 

Cahan xublarının içində gördüm

Səni tərvəndə, şahın könlü bilsün.

 

Necə miskin Xətayi kimi könlü

Alur bir xəndə, şahın könlü bilsün.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info