Qonaq Kitabı
Çıxmaz, ey dilbər, sənin xeyli-xəyalın yaddən

 

Çıxmaz, ey dilbər, sənin xeyli-xəyalın yaddən,

Könlümün şəhrini yıxdı eşqiniz bünyaddən.

 

Ta ki, düşdüm, ey pəri peykər, fəraqın dərdinə,

Dutdu avazım cahanı ah ilə fəryaddən.

 

Anca kim, dünya yüzündə xəstə canım təndədir,

Çıxmaya dərdi-fəraqin bu xərababaddən.

 

Ta ki, çeşmim qarşusundan ayru düşdün, ey sənəm.

Çıxmaya hərgiz xəyalın xatiri-naşaddən.

 

Bu Xətayi sözünə dəq dutma, ey nakəs həsud,

Ta əzəl təlim alıbdır bu həkim üstaddən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info