Qonaq Kitabı
Qızılgül bağü bustanım, nə dersən?

 

Qızılgül bağü bustanım, nə dersən?

Fəda olsun sana canım, nə dersən?

 

Qərarü səbrü aramım tükəndi,

Kəsildi külli fərmanım, nə dersən?

 

Əridi iligim, qaldı sümügüm,

Bu təni tərk edər canım, nə dersən?

 

Xamu dərdlülərə dərman bulundu,

Dəvasız dərdə dərmanım, nə dersən?

 

Xamunun küfr ilə imanı vardır,

Mənim küfr ilə imanım, nə dersən?

 

Sənin məqsudin oldur kim, mən ölüm,

Halal olsun sana qanım, nə dersən?

 

Əgər yatsam min il toprağ içində,

Dürüstdür əhdü peymanım, nə dersən?

 

Xətayi çin səni can ilə sevdi,

Sevən ölsünmi, sultanım, nə dersən?!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info