Qonaq Kitabı
Firqətin çəkdim, nigara, şimdi yar olmazmısan?

 

Firqətin çəkdim, nigara, şimdi yar olmazmısan?

İxtiyarım getdi əldən, ixtiyar olmazmısan?

 

İntizarım həddən ötdü, hicr ilə oldum həlak,

Ğəmli könlüm halına bir ğəmgüsar olmazmısan?

 

Düşməni-dəmsərd əlindən bülbüli-can oldu lal,

Vəqtidir gül çöhrən açub novbahar olmazmısan?

 

Munca möhnət çəkdin, ey dil, zülməti-hicran ilə,

Ol məhin vəslinə yetdin, bəxtiyar olmazmısan?

 

Gər günahın çox isə miskin Xətayi, ğəm yemə,

Rəhmətinə xaliqin ümmidvar olmazmısan?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info