Qonaq Kitabı
Dün dedim: ”“ Tərk et yolunda, təndə candır sən deyən

 

Dün dedim: – Tərk et yolunda, təndə candır sən deyən,

Leyk bu cismim içində laməkandır sən deyən.

 

Yarə sordum ki, dəhanın ğönçədir, ya zərrədir?

Yar eydir: – Mən dəxi bilmən, binişandır sən deyən.

 

Mən dedim: – Gördüm şəbistan pərdədən ol çöhrəni,

Yar eydir – Yarın degildir, binişandır sən deyən.[1]

 

Mən dedim: – Mənzərdə gördüm pür cəmalın hər gecə.

Yar eydir: – Təkdürür ol, mah – asimandır sən deyən.[2]

 

Bu Xətayi dedi kim, yüzündə gördü həq yüzün,

Der: – Xəyalındır sənin, gözdən nihandır sən deyən.



[1]  Burada, ikinci beytdəki qafiyə təkrar edilmişdir, “binişandır” yerinə “gülüstandır” yazılsa, məna və qafiyə düzələr.

[2]  Buradakı mah-asimandır sözü mahi-asimandır, yəni göyün Ayıdır tərkibinin vəznə görə təhrif olunmuş şəklidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info