Qonaq Kitabı
Gəl ki, cana, səndən özgə təndə mən can istəmən

 

Gəl ki, cana, səndən özgə təndə mən can istəmən,

Ta ki, sən varsan mənim yanımda, canan istəmən.

 

Gər əlac eylər mana aləm təbibi sərbəsər,

Şərbəti-ləlindən özgə dərdə dərman istəmən.

 

Görəli hüsnin gülünü olmuşam çün əndəlib,

Bağçalarda səndən ayru vərdi-xəndan istəmən.

 

Ta əzəl gündən sənin eşqinə iqrar etmişəm,

Səndən özgə yar ilən mən əhdü peyman istəmən.

 

Eylə sanma kim, Xətayi mehri-ruyin tərk edə,

Var ikən dildə xəyalın özgə mehman istəmən.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info