Qonaq Kitabı
Bu gün gəldim cəhanə, sərvərəm mən

 

Bu gün gəldim cəhanə, sərvərəm mən,

Yəqin bilin ki, nəqdi-heydərəm mən.

 

Firidun, Xosrovü Cəmşidü Zöhhak

Ki, Rüstəm Zaləmü İskəndərəm mən.

 

Ənəlhəqq sirri uş könlümdə gizlü

Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

 

Nişanımdır mənim taci-səadət,

Süleyman əlinə əngüştərəm mən.

 

Məhəmməd nuridən, Əli sirindən

Həqiqət bəhri içrə gövhərəm mən.

 

Xətayiyəm, şəha, əksüklü quləm,

Qapında bir kəminə kəmtərəm mən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info