Qonaq Kitabı
Ey məni hicran əlində zarü giryan eyləyən

 

Ey məni hicran əlində zarü giryan eyləyən,

Çeşmimi giryan edüb sinəmni büryan eyləyən.

 

Gərçi bu dərdə məni saldın, əya arami-can,

Həm yenə dərdindürür bu dərdə dərman eyləyən.

 

Gərçi eyd oldu cəmalın xəlqə, ey əbru hilal,

Bəndəyəm ol eyd içün, canımnı qurban eyləyən.

 

Gərçi ğəmzən tiğ olubdur xeyli-üşşaqə, vəli

Çeşmi-xunxarındurur həm dəmbədəm qan eyləyən.

 

Eşqinin sərbazları çoxdur, vəli yoxdur dəxi

Bu Xətayi xəstə tək ahəngi, meydan eyləyən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info