Qonaq Kitabı
Gəl ki, dərdi-bidəva dərmanə gəlsün yenlədən

 

Gəl ki, dərdi-bidəva dərmanə gəlsün yenlədən,

Tən Məsiha ləblərindən canə gəlsün yenlədən.

 

Zülməti-zülfində kamin tapmadım, hökm eylə kim,

Ta sekəndər çeşmeyi-heyvanə gəlsün yenlədən.

 

Ğəm ki, dün meydani-eşqində mənimlə qıldı rəzm

Anda məlum olmadı, meydanə gəlsün yenlədən.

 

Çün rəqib əmrinə taət qılmadı, mərdud qıl,

Tuği-lənət ta kim, ol şeytanə gəlsün yenlədən.

 

Eşigin qulluğuna gəlsün səlatinlər qamu,

Qul təkəbbür qılmasın, sultanə gəlsün yenlədən.

 

Etdim – Ey dilbər, demişdin göstərəm şəmi-rüxim.

Der – Qəbul etmən anı, pərvanə gəlsün yenlədən.

 

Xeyli dəmdir kim, Xətayi gözləri qan ağladı,

Seyli-xunin bir dəxi ümmanə gəlsün yenlədən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info