Qonaq Kitabı
Müşkin saçına ta ki, mələk çaldı şanəsin

 

Müşkin saçına ta ki, mələk çaldı şanəsin,

Səd parə qıldı can quşunun aşiyanəsin.

 

Ləlinə can baha dedi, verdim rəvan ona,

Ol bivəfayi gör ki, gedərməz bəhanəsin.

 

Eşqin ki, gəldi mehr ilə şəhri-vücudimə,

Mehmandır ol ki, canü könül dutdu xanəsin.

 

Anca ki, göz yaşın tökərəm, bolmazam xilas,

Eşqin könüldə yığdı tükənməz xəzanəsin.

 

Ta kim, Xətayi gördi anın çeşmi-məstini,

Heyrandurur ki, gözədə bilməz zəmanəsin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info