Qonaq Kitabı
Yüzündür sureyi-Yusif, dodağın abi-kövsərdən

 

Yüzündür sureyi-Yusif, dodağın abi-kövsərdən,

Boyun tubadurur, amma, saçındır sünbüli-tərdən.

 

Cəmalın “hazihi cənnət” dedi həq “fədxülü fiha”,

Təala şanəhu əkbər, yanağın vərdi-əhmərdən.

 

Üzarın yüzündür Yasin, anın şənindədir Əlhəmd,

Ləbin yaquti-əhmərdir, dişin lölöi-gövhərdən.

 

Qaşındır qabi-qövseyni, saçın zilli-ilahidir,

Ziyad olmuşdurur, cana, cəmalın şəmi-xavərdən.

 

Yüzüni sureyi-Ənam oxudum qüdrətüllahdan,

Xətayi bolmadı bir dəm xilas allahü əkbərdən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info