Qonaq Kitabı
Hər gələn dünya mənim der, sən qədim bünyadsən

 

Hər gələn dünya mənim der, sən qədim bünyadsən,

Cümlənin könlün alıbsan, nə əcəb səyyadsən.

 

Hər kəsə bir yüz ilə verdin muradın dünyada,

Xızr olan buldu həyatı, bildi kim, zülmatsən.

 

Hər kiminlən oynadın, çəkdin, çevirdin çərxini,

Hiç arif nəqşini duymaz, əcəb nərradsən.

 

Dünyanın malıvü mülki, gəncinə aldanma kim,

Əvvəli zərqü nişatdır, axiri şəhmatsən.

 

Ey Xətayi, sən cəhanın cövrünə şad ol müdam,

Çünki sevgin dust iləndür, eşq ilə ustadsən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info