Qonaq Kitabı
Görmək istər yüzini eşq ilə bu can şimdidən

 

Görmək istər yüzini eşq ilə bu can şimdidən.

Ey pəri, vəsl ilə qılgil dərdə dərman şimdidən.

 

Zahidi-gümrahə güstər yüzin, ey nuri-ilah,

Ta kim, ol kafər gətürsün həqqə iman şimdidən.

 

Ğəmdə zülfin tək pərişan oldu ol nikbət rəqib,

Yüz səadət bəndəyə görsətdi dövran şimdidən.

 

Tifl ikən dilbər dilər kim, rəf edə yüzdən niqab,

Zərrəni gör kim, olur xurşidi-taban şimdidən.

 

Ey Xətayi, fikri-bikrin eylədin əşarə sərf,

Dutdu ürfan məclisin dəftərlə divan şimdidən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info