Qonaq Kitabı
Ey ki, çox düşdüm fəraqindən fəğanü vayə mən

 

Ey ki, çox düşdüm fəraqindən fəğanü vayə mən,

Eşqi-zülfindən müdami düşmüşəm sevdayə mən.

 

Ta sənin gülgün yanağın görmüşəm, ey məhliqa,

Gülşən içrə baxmazam hərgiz güli-həmrayə mən.

 

Hüsni-ruyindən kim, ol xurşidi-aləm nur alur,

Heyf ola nisbət qılam mehri-rüxini ayə mən.

 

Bağ ilən bustan içində sərvə qılman iltifat

Ta ki, qıldım bir nəzər şol qamətü balayə mən.

 

Ta könül oldu sənin ruzi-vüsalindən cüda,

Bu Xətayi dilşikəstə eşq ilən həmsayə mən.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info