Qonaq Kitabı
Surətin gördüm, nigara, məstü heyranəm bu gün

 

Surətin gördüm, nigara, məstü heyranəm bu gün,

Ol qara zülfün təki ğəmdən pərişanəm bu gün.

 

Dünyada hər kim ki, yüzün gördü, aləm şahıdır,

Ta yüzüni görmüşəm, mən dəxi sultanəm bu gün.

 

Sən məni qulluğa məqbul eyləgil, ya eyləmə,

Asitanında sənin, ey şah, dərbanəm bu gün.

 

Asitanın itlərindən ta ki, bulmuşam şərəf,

Ey pəri, eşqində mən mehr ilə səgbanəm bu gün.

 

Der Xətayi: – Ta əzəldən qulluğa xət vermişəm,

Hər nə kim, hökm eyləsən, əmrində fərmanəm bu gün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info