Qonaq Kitabı
Ey ki, heyrandır könül sən dilbəri-dildar içün

 

Ey ki, heyrandır könül sən dilbəri-dildar içün,

Qamətin sərvi-rəvandır, rüxlərin gülzar içün.

 

Ey təbibi-əhli-ürfan, bir dəva qıl dərdimə,

Xəstə hal oldu könül sən gözləri bimar içün.

 

Zahida, çox tənə qılma məzhəbi-aşiqlərə,

Sən çü divar əhlisən, mən aşiqəm didar içün.

 

Ey könül ol dilrübanın möhnətindən incimə,

Kimsə kim, gül istər, ol qayramaz ola xar içün.

 

Bu Xətayinin kəlamın qıl qəbul, ey görkə bay,

Zikridir hər dəm dua sən hüsni-bərxurdar içün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info