Qonaq Kitabı
Mən sana daim çü yarəm, sən mana əğyarsən

 

Mən sana daim çü yarəm, sən mana əğyarsən,

Məndən özgə cümleyi-üşşaqə sən dildarsən.

 

Görəyim, allah səni badi-fənadən saxlasun

Kim, cəhan bağımda sən bir sərvi-xoş rəftarsən.

 

Çünki ol mahin cəmalın istəməzdin görməgə,

Hər gecə, çeşmim, nədən kövkəb kimi bidarsən?

 

Ey pəri, çünkim təbibi-dərdi-eşq olmuş ləbin,

Bəs nədəndir sən həmişə gözləri bimarsən?

 

Bu Xətayi saçların çinində çin-çin bağludur,

Olmanam çindən pərişan çün mana ğəmxarsən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info