Qonaq Kitabı
Candurur cismimdə eşqin, canım əldən getməsün

 

Candurur cismimdə eşqin, canım əldən getməsün,

Can gedərsə, ğəm degil, cananım əldən getməsün.

 

Zülfini rüxsarın üstə salma, cana tanriçün,

Küfr imanım dutub, imanım əldən getməsün.

 

Xəttü xalın dutmuş ol ləlin kənarında məqam,

Eylə qıl kim, çeşmeyi-heyvanım əldən getməsün.

 

Ta ki, eşqin dutdu bu könlüm evində məskənin,

Üns dutmuşam ana, mehmanım əldən getməsün.

 

Bu cəhanda getsə, getsin mülkü malü təxtü rəxt,

Ey Xətayi, ğəm yemə, sübhanım əldən getməsün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info