Qonaq Kitabı
Uş yenə güllər açıldı, xarə söylən gəlməsün

 

Uş yenə güllər açıldı, xarə söylən gəlməsün.

Söhbəti-xasdır bu gün, əğyarə, söylən, gəlməsün.

 

Gəlməsün meyxanəyə vəhdətdə qoyma müddəi,

Abi-kövsərdən içən xummarə, söylən, gəlməsün.

 

Bir hərəmdir bu ki, iqrar əhlidir məhrəm ana,

Munda naməhrəm düşər inkarə, söylən, gəlməsün.

 

Eyşü işrət dəmidir, eşq əhlinə edin səlah,

Yüzi çirkin, xuyi bədkirdarə, söylən gəlməsün.

 

Çünki sərrafüz, bu bazar içrə gövhər görməniz.

Almazız hər möhrədən, bazarə söylən gəlməsün.

 

Sərxoşuz, ruzi-əzəl peymanə şahdan içmişüz,

Bu qədəhdən içməyən hüşyarə söylən gəlməsün.

 

Çün Xətayidir bu gün gülzari-vəhdət bülbüli,

Dəxi ol zaği-siyəh gülzarə söylən gəlməsün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info