Qonaq Kitabı
Səndən özgə yarım olsa, ey pərivəş simtən

 

Səndən özgə yarım olsa, ey pərivəş simtən

Asitanın çövrəsində qoy ki, xak olsun bədən.

 

Ol rəqiblər tənəsindən ehtirazın ta nədir?

Bəndəyə hiç iltifatın yoxdurur, yarəb, nədən?

 

Ol yüzi gül, zülfi sünbül, qaməti sərvi-rəvan

Ruzü şəb dutmuşdurur çeşmim kənarında vətən.

 

Sorsam ol şirin dodağın püstəmidir, ya nəbat,

Yarəb, ol nazik vücudun ya səmindir, ya səmən?

 

Çini-zülfində Xətayi ta dutubdur məskənin,

Yarəb, ol gülgün yanağın gülmidir, ya nəstərən?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info