Qonaq Kitabı
Cəmalın görəli can buldum, ey can

 

Cəmalın görəli can buldum, ey can,

Yüzini nuri-iman buldum, ey can.

 

Yüzün dərdində gərçi xəstə idim,

Vüsalın dərdə dərman buldum, ey can.

 

Sənin mehri-cəmalın, şükr lillah,

Könül təxtində sultan buldum, ey can.

 

Behəmdillah ki, hicran zülmətində

Ləbini abi-heyvan buldum, ey can.

 

Xətayiyəm, ayağın toprağında

Bu gün mülki-Süleyman buldum, ey can.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info