Qonaq Kitabı
Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin

 

Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin,

Aləmi tərh eyləmiş, sən yerə döndərmiş yüzin.

 

Haşalillah kim, könül yüzin qapundan döndərə,

Bülbüli-biçarədir, gülzarə döndərmiş yüzin.

 

Döndərib zahid yüzin divarə hər dəm yaş tökər,

Aşiqin divari yox, didarə döndərmiş yüzin.

 

Yarə döndərmiş yüzin görcək rəqibə söylədim:

- Ol güli-xəndani gör kim, xarə döndərmiş yüzin.

 

Dünyada məqsudinə hər kimsə yüzin döndərər,

Bu Xətayi sən büti-əyyarə döndərmiş yüzin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info