Qonaq Kitabı
Dilbəra, gözdən cəmalın bir nəfəs dur olmasun

 

Dilbəra, gözdən cəmalın bir nəfəs dur olmasun,

Yaşlu çeşmimdə yüzündən ayru heç nur olmasun.

 

Ta ki, eşqinlən sənin məmur olubdur dil evi,

Eşqin ol viranədən bir ləhzə məzur olmasun.

 

Əbri-neysan ta cəmalın gülşəninə su verür,

Qətreyi-yaşimdən özgə anda yağmur olmasun.

 

Ta ki, səndən ayru düşdüm, görmədim səbrü qərar,

Hiç aşiq dilbərindən zarü məhcur olmasun.

 

Ta səni sevdi Xətayi, oldu dastan aləmə,

Kimsənə anın təki eşqində məşhur olmasun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info