Qonaq Kitabı
Səndən özgə, dilbəra, heç kim mana yar olmasun

 

Səndən özgə, dilbəra, heç kim mana yar olmasun.

Cavri-eşqindən mənim tək kimsə bimar olmasun.

 

Kafərin rəhmi gəlür mən dərdməndin həlinə,

Leyk kafər sən təki yari-sitəmkar olmasun.

 

İstəməz bu xəstə könlüm özgələrinin minnətin,

Canıma vəslindən özgə nəstə ğəmxar olmasun.

 

Gərçi bülbüllər qamu gülzar istər zar-zar,

Səndən özgə könlümə aləmdə gülzar olmasun.

 

Bu Xətayi xəstəni divanə zahid məst oxur,

Eşqiniz canımda ol bir ləhzə hüşyar olmasun.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info